Teleaparıcıya vəzifə verildi

Teleaparıcıya vəzifə verildi

Jurnalist Sevinc İsgəndərova Azərbaycan Texniki Universitetinin (ATU) mətbuat katibi vəzifəsinə təyin olunub. Bu barədə S.İsgəndərova özü məlumat verib.

O, bu gündən ATU-da fəaliyyətə başladığını deyib: “Ümid edirəm ki, həmkarlarımla qarşılıqlı anlaşma şəraitində çalışacağıq”.

Qeyd edək ki, S.İsgəndərova bu təyinatadək "Space" televiziyasında çalışıb - "Siqnal" və "Abituriyent" verilişlərinin aparıcısı olub, "Azərtac" İnformasiya Agentliyində, Beynəlxalq Avrasiya Mətbuat Fondunda, "Primetime.az" və "Day.az"da fəaliyyət göstərib.

Mənbə: sherg.az