Tacir toydan qayıdarkən İT ONU PARÇALAYIB - Müğənni KOMAYA DÜŞÜB

Tacir toydan qayıdarkən İT ONU PARÇALAYIB - Müğənni KOMAYA DÜŞÜB

Müğənni Tacir Şahmalıoğlu "Şou ATV"-nin efirində uşaqkən itlərin hücumuna məruz qaldığı dəhşətli hadisədən danışıb.

Milli.Az xəbər verir ki, müğənni hadisənin 8 yaşı olarkən toydan evə qayıdanda baş verdiyini bildirib:

"1972-ci ildə bizim qonşu kənddə toy var idi. Atamın ansambl ilə iştirak etdiyi toy idi. Atam tarzən olub. Atam arxamca adam göndərdi, məni də apardılar ora. Sonra qaranlıq düşdüyünə görə atam məni qoşdu qonşunun uşaqlarına ki, "Qonşunun uşaqları ilə sən get evə, mən gecə gələcəm". Evə çatana yaxın bir it mənə hücum etdi. Cumdu məni parçaladı. 3 gün komada yatdım. Bütün parçalamışdı məni. Hətta itin əlindən məni alan Yusif adında əmi oğlu var, o, iti bərk vurdu. İt qaçdı, qaçanda məni gəldi götürdü. Qonşumuz Seyid kişi var idi. Mənim qabağıma o çıxdı. "Spiçka"nı yandırdı ki, görə haramdan tutub. "Spiçka"nı yandıranda gördüm qan süzülür yerə. Onda artıq mənim ürəyim gedib. Məni aparıblar xəstəxanaya. Komaya düşmüşdüm".

Məhəmməd Vaqif
Milli.Az

Mənbə: news.milli.az