“Hercai”nin ulduzu Bakıya niyə gəlmədi?

Bakıya “Altın kelebek”in siması, “Hercai” serialının ulduzu Ebru Şahinin yerinə “Erkenci kuş”un qəhrəmanı Demet Özdemirin gəlməsi barədə xəbər yayılıb. Axşam.az saytı yazır ki, buna səbəb tədbirin və sponsor olan brendin əsas ulduzunun dəyişdirilməsi olub.

“Kelebek”in Azərbaycan üzrə nümayəndəliyindən “Qafqazinfo”ya verilən məlumata görə, E. Şahin ümumiyyətlə sözügedən markanın və mükafat gecəsinin əsas siması olmayıb: “Sima seçimləri ötən gün baş tutub və əsas ulduz Demet Özdemir olub. Ebru Şahin isə sadəcə olaraq brendin və gecənin parlaq simalarından olub. Bu səbəbdən də əsas qəhrəman D. Özdemir olduğu üçün Bakıya gələcək məşhur odur”.

Qeyd edək ki, aktrisa noyabrın 16-da Bakıya gələcək və yerli medianın suallarını cavablandıracaq.

Xatırladaq ki, markanın siması ötən il Neslihan Atagül idi. Lakin şirkət Demetlə razılığa gəlib və bunun qarşılığında ona 3 milyon TL (884 min 400 AZN) ödəniş edib.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Renkanın yarı-çılpaq videosu tənqid edildi: "İki uşaq anasısan" - VİDEO

SONRAKI XƏBƏR

Serialın başıbağlı obrazını bu halda görməmisiniz - Dekolte, qısa ətək və başqa açıq-saçıq FOTOlar