Deputat kino istehsalı ilə bağlı güzəştlərin tətbiqini təklif edib

“2020-ci ilin dövlət büdcəsindən Azərbaycan kinosunun inkişafı üçün 7,5 milyon manat vəsait ayrılıb”.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov deyib.

O bildirib ki, Milli Məclisin Mədəniyyət, Əmək və sosial siyasət komitəsi və Mədəniyyət Nazirliyinin iştirakı ilə “Kinemotoqrafiya haqqında” yeni qanun layihəsi hazırlanıb: “Həmin qanunda Azərbaycan kinosunun inkişafı ilə bağlı bir neçə məqam əksini tapıb. Onlardan ikisi də vergi məsələləri ilə bağlıdır. Biz verginin vacibliyini anlayırıq. Ancaq kinonun inkişafı üçün müəyyən zaman üçün güzəştlər istəyirik. Bunun üçün biz keçmiş Vergilər Nazirliyinə, indiki birləşmiş struktura müraciət də etmişik. Bu müraciət ondan ibarətdir ki, xaricdən gələn investisiyalara və kino istehsalı ilə bağlı vergidən azadetmə və güzəştlər tətbiq edilsin”.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

NK qərar verib, BNA icra etmir? – Rəsmi

SONRAKI XƏBƏR

Odessada “Nəsimi” filminə baxıblar