"O ses Türkiye"nin iştirakçısı 123 kiloqram arıqladı

"O ses Türkiye"nin iştirakçısı 123 kiloqram arıqladı

"O ses Türkiye" yarışmasına 8 il əvvəl qatılan yarışmaçı Burak Şenyüz yenidən bəxtini sınamaq qərarına gəlib.

Axşam.az xəbər verir ki, 123 kiloqram arıqlayan gəncin keçmişdəki və indiki halı münsiflər heyəti və izləyciləri heyrətləndirib. Burak arıqlamaq üçün hər hansı əməliyyat etdirmədiyini, sadəcə un, şəkər və duzu həyatından çıxararaq, 5 ildə 123 kiloqram arıqladığını deyib.

O, səhnədə "Sözlerimi geri alamam" mahnısını səsləndirib və münsiflərdən Beyazıt Öztürklə Murat Bozu özünə tərəf döndürə bilib.

Burak sonda Murat Bozu seçərək onun komandasında yarışmaq istəyib.

             

Mənbə: axsam.az