İraqda etirazçılar polisə şirlə hücum etdilər

İraqda etirazçılar polisə şirlə hücum etdilər

İraqda 1 oktyabr tarixində başlayan hökumət əleyhinə etirazlarda aksiya iştirakçılarından biri meydana şirlə gəlib.

BiG.AZ-ın məlumatına görə, görüntülər sosial şəbəkədə böyük rezonansa səbəb olub.

Mərkəzi hökumətə bağlı qüvvələr aksiya iştirakçıları dağıtmaq üçün itlərdən istifadə etməyə başlayıblar. Bu zaman aksiya iştirakçıları da meydana şir gətiriblər.

Sözügedən görüntülər Babil şəhərində lentə alınıb.

Təhlükəsizlik mütəxəssisi Abdullah Ağar sosial şəbəkədə bu görüntüləri paylaşıb.

Mənbə: big.az