Bu gün Xalq artisti Nəsibə Abdullayevanın doğum günüdür

Bu gün Xalq artisti Nəsibə Abdullayevanın doğum günüdür

Bu gün Özbəkistanın Xalq artisti, Azərbaycan mahnılarının əsrarəngiz ifaçısı Nəsibə Abdullayevanın doğum günüdür.

Cebhe.info xəbər verir ki, Nəsibə Abdullayeva 15 noyabr 1961-ci ildə Özbəkistanın Səmərqənd şəhərində anadan olub. Anası Xalçuçuk Xalimakulova əslən tacik, atası Məlik Yarməhəmmədov isə əslən iranlıdır. Nəsibə Abdullayeva atasını etnik fars hesab edir.

Nəsibə Yarməmmədova 1980-ci ildə Gəncədə doğulmuş, milliyyətcə azərbaycanlı olan, gitara ifaçısı Eldar Abdullayevlə nikaha girib və ərinin soyadını götürüb. Nəsibənin bu nikahından Ənvər (1981) və Əkbər (1987) adlı iki oğlu var.

Nəsibə Abdullayevanın ailəsi dağılsa da, Abdullayeva soyadı ilə məşhurlaşdığı üçün boşandıqdan sonra soyadını dəyişməyib.

Qeyd edək ki, Nəsibə Abdullayeva "Nigaranam" və "Sən gəlməz oldun" mahnılarını dünyanın hər yerində oxuyaraq, bu mahnılara ikinci həyat verib.

 

Əhməd
Cebhe.info

 

 

Mənbə: cebhe.info