Meyvə suyu satan gəncin cəhənnəmi görməsi

Meyvə suyu satan gəncin cəhənnəmi görməsi

Qurani-Kərim şühud və mükaşifə barəsində buyurur: "Belə deyildir. Əgər (işin həqiqətini) elmül-yəqinlə (şəkk-şübhə ehtimalı olmayan bir elmlə) bilsəydiniz, Şübhəsiz, Cəhənnəmi (qəlb gözü ilə) görərdiniz (lakin bilmədiniz və görmədiniz)". ("Təkasur" 5-6).

Bu ayələrdən də göründüyü kimi, hər kəs yəqin məqamına çatar və ona əməl edər, mükaşifə zirvəsinə qalxa bilər. Hələ bu dünyada olan zaman cəhənnəmi görə bilər.

Harisə ibni Malik, Həzrət Peyğəmbərə (s) deyir: "Sanki ərşi və behişti, cəhənnəmi və onun əhlini görürəm".

Əgər biz də halal ilə harama riayət etsək, dilimizi, qulağımızı, qəlbimizi təmizləyə bilsək... bu məqama nail ola bilərik. Hər şey bizim özümüzü islah etmək cəhdindən asılıdır.

Ayətullah Cavadi Amuli buyurur: "Nəfsi islah etmək - həqiqi ürfanı əldə etməyin ən qısa yoludur. Peyğəmbərin (s) hərəmində olanda bir cavan mənə yaxınlaşdı və dedi: Sizə bir əhvalat danışmaq istəyirəm. Mən, filan şəhərində meyvə suyu satıram. Meyvə suyunun sərin olması üçün stəkana bir tikə buz atırıq. Sonra meyvə suyunu onun üzərinə tökürük. Buzun qiyməti yoxdur və biz də meyvə suyunu xüsusi qiymətlə satırıq. Buz parçası stəkanın bir hissəsini tutur və meyvə suyunun miqdarını azaldır.

Bir gün səhər iş yerimi açan zaman gördüm ki, bizim üçün hər gün gətirilən buzlar atəş alıb yanır. Bu işin hikmətini tez dərk etdim və ondan sonra daha böyük stəkanlar aldım. İndi meyvə suyunu kamil ölçüdə sata bilirəm".

Həmin cavan Həzrət Rəsuli-Əkrəmin (s) hərəmini ziyarət edəndən sonra yuxarıdakı ayələri oxudu".

Bu əhvalatdan da göründüyü kimi, əgər insan özünü islah edə bilsə və din mərifətində yəqinlik məqamına çatsa, bəsirət gözü açılar və başqalarının görə bilmədiklərini görər. Necə ki, meyvə suyu satan başqalarının görmədiyi alovu görmüş və səhvini düzəltmişdi.

Mənbə: news.milli.az