"Buna məcbur qalıram, çünki ciddi veriliş hazırlayıram, amma baxan yoxdur..."

"Buna məcbur qalıram, çünki ciddi veriliş hazırlayıram, amma baxan yoxdur..."

“Əslində ərlərinin qollarının şəkilini paylaşan xanımlar çox idi, amma təkcə o, xanım buna reaksiya verdi...”

Aparıcı Rövşanə Ağasəfqızı verilişində müğənni Xatun Əliyevayla birlikdə sosial şəbəkədə bəzi müğənnilərin ərlərinin əlini-qolunu çəkərək paylaşmasını tənqid edib.

Baş verənlər isə müğənni Afət Fərmanqızını qıcıqlandırıb və onun da cavabı gecikməyib. A.Fərmanqızı deyilənlərin ona da aid olduğunu bildirib.

Məsələylə bağlı Moderator.az-a danışan aparıcı R.Ağasəfqızı verilişində ad çəkmədiyini və sadəcə mövzu müzakirə etdiklərini bildirib:

“Efirdə deyilən fikirlərlə bağlı sonradan heç bir açıqlama vermirəm. Efir mənim iş yerimdi və orda öz fikirlərimi, düşüncələrimi deyirəm. Ümumiyyətlə, orda ad çəkilməyib. Kim özünə götürür, özü bilir. Ad çəkilən yerdə məhkəmə məsələsi də ola bilər. Burda sadəcə ümumi sözlər deyilib və kim öz üzərinə götürürsə, şəxsi işidir. Mən jurnalistəm, fikrimi deyirəm. İndi verilişlərin çoxu şouya hesablanıb. Bəzən heç özüm də istəmədən insanlar şouya baxırlar deyə o istiqamətdə verilişlər hazırlamaq məcburiyyətində qalıram, çünki baxıram ki, ciddi veriliş hazırlayıram, amma baxan yoxdur. Dəfələrlə olub ki, qonşu telekanallarda da sosial layihələrdə işləmişəm. Mövzudu, danışmışıq hər kəs öz fikrini bildirib və kimsə bunu öz üzərinə götürübsə, bu mənim günahım deyil ki. Hər kəs də özünə uyğun açıqlama verir. Mənim o, xanımla heç bir şəxsi problemim yoxdur. Əslində ərlərinin qollarının şəkilini paylaşan xanımlar çox idi, amma təkcə o, xanım buna reaksiya verdi”.

Vasif Əlihüseyn

Mənbə: moderator.az