Şahzadənin mükafatlandırdığı dünya şöhrətli fotoqraf vəfat etdi

Şahzadənin mükafatlandırdığı dünya şöhrətli fotoqraf vəfat etdi

Dünya şöhrətli fotoqraf, “Beatles” (Bitlz) və “Rolling Stones” (Rollinq Stouz) musiqi qrupları ifaçılarının şəkillərini çəkərək məşhurlaşan Terri O'Nill vəfat edib.

Cebhe.info xəbər verir ki, məşhur fotoqraf 81 yaşında dünyasını dəyişib. Məlumata görə, mərhum fotoqraf prostat xərçəngindən əziyyət çəkirmiş. Qeyd edək ki, oktyabr ayında Terri O'Nill Bukiqem sarayında fotoqraf xidmətlərinə görə şahzadə Vilyam tərəfindən mükafatlandırılmışdı.

Aydın
Cebhe.info

 

 

Mənbə: cebhe.info