"Kurtlar Vadisi"nin ulduzu ermənilərdən danışdı: Xain məşhurlar çoxdur - VİDEO

"Kurtlar Vadisi"nin ulduzu ermənilərdən danışdı: Xain məşhurlar çoxdur - VİDEO

"Ermənistan tərəfindən arxivlərin açılmadığını dünyaya çatdırmalıyıq. Niyə arxivlərini gizlədirlər?!"

BiG.AZ-ın ahaber.com.tr-yə iistinadən verdiyi xəbərə görə, bu sözləri qondarma "erməni soyqırımı" iddialarında Prezident Ərdoğana dəstək verən, "Kurtlar vadisi", "Eşkiya dünyaya hükümdar olmaz" seriallarındakı rollarıyla tanınan aktyor Oktay Kaynarca "A haber"ə müsahibəsində deyib.

Bu cümlələrlə o, Türkiyə prezidentinin "Biz arxivlərimizi açdıq, siz də arxivlərinizi açın" çağırışını xatırladıb. Aktyor hesab edir ki, tarixi filmlər, seriallar çəkərək gizlin həqiqətləri dünyaya çatdırmaq vacibdir.

Türkiyənin sənət aləmində vətən xaini olan məşhurların çoxluğundan danışan Kaynarcanın sözlərinə əsasən, həmin məşhurlar millət, bayraq, torpaq haqqında ağızlarına gələni danışırlar. Oktayın fikrincə, hər kəsin nifrətinə tuş gələn məşhur olmaq lazım deyil, dəyərli işlə məşğul olub şöhrət qazanmaq gərəkdir.

Qeyd edək ki, "Adanalı", "Sakarya Fırat", "Deli Yürek", "Kurtlar Vadisi" və nəhayət "Eşkiya Dünyaya Hükümdar Olmaz" (EDHO) seriallarındakı rollarıyla tamaşaçıların qəlblərini fəth edən Oktay Kaynarca bir çox digər filmlərdə də rol alıb və artıq ATV telekanalında 5-ci sezondur Hızır Çakırbeyli obrazıyla EDHO serialında çəkilir.

Natəvan Baxşiyeva

Mənbə: big.az