Cem Yılmazdan azərbaycanlı sənətçilərə JEST - FOTO

Cem Yılmazdan azərbaycanlı sənətçilərə JEST - FOTO

Xəbər verdiyimiz kimi, türkiyəli komediya aktyoru və rejissoru artıq bir neçə gündür Bakının qonağıdır.

Publika.az xəbər verir ki, 16-17 noyabr tarixlərində konsert verən aktyor Miri Yusif və İradə İbrahimova ilə dünənki çıxışından sonra şəkil çəkdirib. O, 5 milyona yaxın izləyicisi olan instaqramında yerli ulduzlarla şəklini paylaşaraq bu sözləri yazıb:

“Bakıda sevərək dinlədiyim qiymətli sənət dostlarım Miri Yusif və İradə İbrahimova ilə konsertdən sonra görüşdük. Nə gözəl bir görüş idi”.

Mənbə: metbuat.az