Nadir Qafarzadə canlı yayımda özündən çıxdı: “Cem Yılmaz, sən kimsən…”

Nadir Qafarzadə canlı yayımda özündən çıxdı: “Cem Yılmaz, sən kimsən…”

Müğənni Nadir Qafarzadə türkiyəli komediya aktyoru Cem Yılmaza "qıjı" deməsinə aydınlıq gətirib.

Nadir Qafarzadə "Hər şey daxil" verilişində bu sözləri deyib: "Doğrudan da Cem Yılmazı tanımıram. Gəlişini instaqramda gördüm. Düşündüm ki, daha yaxşı sənət adamları, sanballı sənətçilər gəlməlidir. Elə adam gətirirlər ki, yaşlanmış, bitmiş, tükənmiş və öz ölkələrində heç kimə lazım deyillər".

Nadir Qafarzadə Tolikin "Ölkəmizə Sibel Can, Cennifer Lopez gəlib. Nadir səhv düşünürsən" sözünə isə "Bağışlayın, qardaş, qələt etdim. Daha məni öldürməyin. Keçin günahımdan. Döyün, öldürün məni. Hamınız üstümə gəldiniz.

Yaxşı ki, Cem qohumunuz deyil. Lap elə demişəm. Amma Cem Yılmaz mənə Türkiyədə söz desə, üzərinə getməzdiniz. Ona görə biz bədbəxtik. Mənim üçün qıjıdır" deyə fikir bildirib.

Nadir Qafarzadə canlı yayımda Cem Yılmazın xalq artisti Miri Yusif haqda "Bir həftə burada qalsam Miri Yusif kimi xalq artisti olaram" fikirinə də münasibət bildirib: "Sən kimsən axı? Prezidentin qərarı müzakirə olunmur".

 

Mənbə: olaylar.az