Şahzadənin geyimi 450 min dollara satılacaq

Şahzadənin geyimi 450 min dollara satılacaq

Şahzadə Diananın geyindiyi paltar gələn ay İngiltərədə 450 min dollara (765000 manat) hərraca çıxarılacağı açıqlanıb.

1985-ci ildə Ağ Sarayda aktyor Con Travolta ilə rəqs edərkən üzərində geyindiyi geyim yenidən satılacaq.

Modelyer Viktor Edelstein tərəfindən tikilən həmin paltar 2013-cü ildə satışa çıxarılaraq 362 min dollara (615400 manat) satılıb.

Yenidən hərraca çıxarılacaq geyim bu dəfə 450 min dollara (765000 manat) sahibini gözləyəcək.

Azadinform.az

Mənbə: olaylar.az