Nərimanov Rayon İcra hakimiyyəti Könül Xasıyevaya 5 min manat borcludur?- RƏSMİ CAVAB

Nərimanov Rayon İcra hakimiyyəti Könül Xasıyevaya 5 min manat borcludur?- RƏSMİ CAVAB

Xəbər verdiyimiz kimi Xalq artisti Könül Xasıyeva mətbuata açıqlamasında Nərimanov Rayon İcra Hakimiyyətinin ona beş min manat borcu olduğunu söyləyib: "Nərimanov Rayon İcra Hakimiyyəti beş min manatlıq bilet götürsə də, hələ də pulunu verməyiblər".

Xalq artisti Könül Xasıyevanın iddiası ilə bağlı Sonxeber.az saytı Nərimanov Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.

Nərimanov Rayon İcra Hakimiyyətindən məsələdən xəbərsiz olduqlarını bildirib: "Könül Xasıyevanın iddiaları əsasızdır. Ümumiyyətlə nə baş verdiyindən xəbərimiz yoxdur. Danışılanlar və iddialar əsassızdır. Könül xanımın konsertinə Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən heç bir bilet götürülməyib".

Aysel Yusifqızı

 

 

Mənbə: sonxeber.az