Məşhur aktyorun qızını cəzalandırmasının görüntüləri yayıldı - VİDEO

Məşhur aktyorun qızını cəzalandırmasının görüntüləri yayıldı - VİDEO

Tanınmış rus aktyoru Aleksey Panin “Instagram”da qızı ilə bağlı video paylaşıb.

“CNNTürk”ün məlumatına görə, 42 yaşlı aktyor qızının üstünə qışqırıb, daha sonra onu mətbəxə sürüyərək, əllərini istilik cihazına bağlayıb.

Panin belə etməklə evi çirkləndirən qızını cəzalandırıb.

O, ağlayaraq yerə çökən qızına əllərinin açılması üçün nənəsini gözləməli olduğunu deyib.

Aktyorun bu hərəkəti izləyicilər arasında müsbət qarşılanmayıb.

Bəzi izləyicilər isə rəylərdə bunun bir oyun olduğunu yazıblar.

Görüntülərlə bağlı araşdırma aparılacağı bildirilib.

Mənbə: www.oxu.az