Aktrisa Ceym Li Kertisin 25 yaşlı oğlu əməliyyatla cinsini dəyişib.
Bizim.Media axşam.az-a istinadla xəbər verir ki, 62 yaşlı sənətçi bu haqda müsahibələrindən birində deyib.
O bildirib ki, indi övladının adı Tomas yox, Rubidir.
"Biz qürur və maraqla oğlumuzun necə qızımıza çevrildiyini izlədik" deyə, aktrisa bildirib. 1984-cü ildə ssenarist Kristofer Qestlə ailə quran Ceym qızının ailə qurmağa hazırlaşdığını söyləyib.Toy gələn il keçiriləcək.
"Ümid edirəm ki, tezliklə nənə olacam" deyə, o, söyləyib.
Bizim.Media
Mənbə: bizim.media