Bəyin bu hərəkəti hər kəsi kövrəltdi - FOTO

Bəyin bu hərəkəti hər kəsi kövrəltdi - FOTO

Amerikalı Cimmi və Kelsi hələ uşaq baxçasında ikən dostluq edirdilər.

Axşam.az xəbər verir ki, sonralar uşaqların ailələri başqa şəhərlərə köçdüyündən onların əlaqələri kəsilir. 2018-ci ildə Cimmi Kelsini sosial şəbəkədə tapır. Bir müddət danışdıqdan sonra onlar görüşmək qərarına gəlirlər. Kelsi 10 yaşlı qızını da sevgilisi ilə tanış edir. Cütlük bir neçə aydan sonra toy edir. Lakin mehrabda sadəcə bəy və gəlin deyil, eyni zamanda Kelsinin qızı Oliviya da dayanır. Cimmi nikah andı zamanı hər kəsi kövrədəcək addım atır. Bəy üzünü gəlinə yox, qızına tutaraq, onu çox sevdiyini hər zaman da çox sevəcəyini bildirir.

"Hər gün səni çox sevdiyimi söyləyəcəyimə və ölənədək sənə hörmət edəcəyimə söz verirəm. Sən bu gündən mənim qızımsan və həyatımdaki ikinci sevgimsən. Səni çox sevirəm, Oliviya".

O, daha sonra uşağa uzərində adı və toy günləri yazılan kulon hədiyyə edib. Bəyin bu jesti qarşısında Oliviya və mərasimdə iştirak edən hər kəs kövrəlib.

Mənbə: axsam.az