Dilarə Kazımovanın yeni işi üzə çıxdı - VİDEO

Dilarə Kazımovanın yeni işi üzə çıxdı - VİDEO

Tanınmış müğənni Dilarə Kazımovanın “Ne uxodi” adlı yeni klipi işıq üzü görüb. Lent.az -ın məlumatına görə, bəstənin sözlərinin müəllifi Leyla Əliyeva, bəstəkarı isə Novruz Aslandır.

Mahnı bir-birini hələ də sevən cütlüklərin ayrılığından bəhs edir. “Getmə” deyən ifaçı bu klipdə sevən bir insanın tərkedilməyə olan hiss-həyəcanını, emosiyasını çatdırır.

İlk dinləmədən yaddaşlara həkk olan və insanın ruhuna təsir edən “Ne uxodi” mahnısı getmək istəyənləri saxlamaq, tərk edənləri isə geri döndərmək gücündə olan bir musiqidir.

 

Mənbə: lent.az