BMM-də "İpək sərvət" adlı tədbir təqdim olunacaq

BMM-də "İpək sərvət" adlı tədbir təqdim olunacaq

27 noyabr tarixində Beynəlxalq Muğam Mərkəzində Azərbaycan kəlağayısının 2014-cü ildə UNESCO-nun "Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahı"sına daxil edilməsinin 5 illiyi münasibətilə moda nümayişi keçiriləcək.

Dizayner-modelyer Gülnarə Xəlilovanın "Azerbaijan Kelagayi" milli brendi ilə birgə yaradılmış "İpək Sərvət" adlı üst geyimlərin eksklüziv kolleksiyasının təqdimatı tarixi hadisənin yubileyinə bir töhfədir.

Təqdimat saat 19:00-da Beynəlxalq Muğam Mərkəzinin foyesində baş tutacaq.

Milli.Az

Mənbə: news.milli.az