Türkiyəli aktyorlar Afra Saraçoğlu ilə Mert Ramazan Demirin barışdığı iddia edilib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, onlar bərabər rol aldıqları serialın yeni mövsümünün ilk bölümünü çəkiliş heyəti ilə birgə deyil, evdə tək izləyiblər.
Bundan başqa, ikili səhər çəkilişlərə evdən birgə gediblər.
Qeyd edək ki, Afra ilə Mert “Yalı çapkını” serialında baş rolları bölüşürlər. Onlar bir müddət əvvəl tətildən qayıtdıqdan sonra ayrılmışdı.
Mənbə: qafqazinfo.az