Gənc rəssamların sərgisi - VİDEO

Gənc rəssamların sərgisi - VİDEO

Yeni Azərbaycan Partiyasının İcra Katibliyində “Nəsimi İli” çərçivəsində gənc rəssamların əsərlərinin sərgisi təşkil olunub.

Sərginin açılış mərasimində çıxış edən YAP İcra katibinin müavini, Siyavuş Novruzov bildirib ki, bu il Azərbaycanın böyük şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi qeyd olunur və “Nəsimi İli”nin elan olunması da görkəmli şairə və onun yaradıcılığına verilən yüksək qiymətin ifadəsidir.

Bu gün təşkil olunan sərgidə Azərbaycan Rəssamlıq Akademiyasının tələbələrinin əsərlərinin təqdim olunduğunu deyən natiq söyləyib ki, akademiyanın rektoru, Ömər Eldarov Azərbaycan mədəniyyətinə və incənətinə böyük töhfələr verib. Hazırda akademiyanın tələbələri də onun yolunu davam etdirilər.

Daha sonra sərgidə əsərləri təqdim olunan gənc rəssamlara fəxri fərmanlar təqdim olunub.

Mənbə: www.realtv.az