Müğənnilər Vəfa Şərifova və Şəbnəm Tovuzlu arasındakı qalmaqal davam edir.
Vəfa "Instagram"da paylaşdığı videoda verilişlərdə ondan danışanlara söz atıb:
“Əziz müğənnilər, verilişə məni özünüzlə aparmayın. Tək çıxın, tək”.
Şəbnəm dəfələrlə qalmaqal yaşadığı həmkarının bu sözlərinə “Qonaqcanlı”da cavab verib:
“Xeyr, canım mənim. Mənim, ya da digər sənət dostlarımızın səni yanımızda sürüməyə ehtiyacımız yoxdur. Sadəcə sən özün tutub sürünürsən. Mən də getməliyəm. Aytəkin kimi dostlarımız da sual verirlər, məcburən cavab verməliyəm”.
Mənbə: publika.az