"Space"in keçmiş rəhbəri Vaqif Mustafayev "Fəryad" filminin ssenarisini yazmağından danışdı - VİDEO

"Space"in keçmiş rəhbəri Vaqif Mustafayev "Fəryad" filminin ssenarisini yazmağından danışdı - VİDEO<span class="qirmizi"></span>

ARB-də yayımlanan "O üz" verlişində qonaq olan "Space" televiziyasının Keçmiş Rəhbəri Vagif Mustafayev Ceyhun Mirzəyev haqqında danışıb.

BiG.AZ xəbər verir ki, Vagif Mustafayev "Fəyrad" filminin pərdəarxası məsələlərindən söz açıb.

"Biz Ceyhunla "Mozalan"dan öncə tanış olmuşduq. Mərhum Hüseyn Seyidzadə "Qatır Məmməd" filmini çəkirdi. Mən də o vaxtlar Adll İsgəndərovun 3 illik aktyorluq kurslarında oxuyurdum. Məni filmdə epizodik rolda oynamag üçün kursdan kinostudiyaya gətirdilər və orada
mən rəhmətlik Ceyhun Mirzəyevlə tanış oldum. Çox şad oldum, çünki Ceyhunu o vaxtı tanımayan yox idi. Sevimli filimlərimizin baş rol ifaçısı idi.

Ceyhun mənə kinostudiyanın sirlərini danışdı. 1991-1992-ci illər idi. Mən "Fəryad" adlı ssenari yazdım. Bu ssenarini yazanda düşündüm ki, ozüm çəkəcəyəm, amma mənim üçün dostluq üstünlük təşkil etdiyi üçün ssenarini Ceyhuna verdim. Dedim: "Gəl bu filmi sən çək, özün də baş rolda oyna. Ceyhunu baş rolda oynamaq üçün yola gətirmək çətin idi. Bu məsələyə bütün dostları cəlb etdik. Nəhayət Ceyhun razılaşdı.

Sonra böyük bədbəxlik üz verdi: Ceyhun filmi ssenari üzrə yiğıb çəkəndən sonra dünyasını dəyişdi.

İndi siz mənim və filmi istehsal edənlərin vəziyyətini təsəvvür edin.

"Fəyrad" filminin ilk nümayiş günü özümü çox pis hiss etdim. Səhnəyə çıxmaq istəmirdim, amma bütün heyətlə məcbur qaldıq. Mən hələ də inana bilmirəm ki, Ceyhun dünyasını dəyişib".

Aytən Süleymansoy

 

 

Mənbə: big.az