"Eurovision 2020"-nin biletlərinin satış tarixi və qiyməti AÇIQLANDI

"Eurovision 2020"-nin biletlərinin satış tarixi və qiyməti AÇIQLANDI

2020-ci ilin may ayında Hollandiyanın Rotterdam şəhərində "Eurovision" mahnı müsabiqəsinin biletlərinin satışa çıxacağı tarix və qiymətləri açıqlanıb.

News24.az müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, biletlər 12 dekabr tarixində satışa çıxacaq. Qiymətlər isə 18,50 avro (35 AZN) ilə 248.50 avro (470 AZN) arasında dəyişir.

Qeyd edək ki, "Eurovision 2020" mahnı müsabiqəsi 12,14,16 may tarixlərində baş tutacaq. Müsabiqə "Açıl" şüarı altında keçiriləcək. "Eurovision 2020"-də 41 ölkə müsabiqədə iştirak edəcəklərini təsdiqləyib.


 

Mənbə: news24.az