Aktrisa Sevinc Əliyeva uşaqları ilə Göy-gölə yollanıb.
Bizim.Media xəbər verir ki, 36 yaşlı sənətçi övladları ilə birgə istirahətindən çəkilən fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Sevinc paylaşdığı şəkillərə "Hisslərlə yaşayan bir fəsil. Bəlkə də ona görə payızı belə sevirəm" şərhini yazıb.
Qeyd edək ki, S.Əliyevanın bir qız və iki oğlan övladı var. Rejissor Fuad Əlişovla ailəli olan aktrisa altı il əvvəl boşanıb.
Mənbə: bizim.media