Rus müğənninin pulunu Bakıda qəpiyinə kimi oğurladılar

Rus müğənninin pulunu Bakıda qəpiyinə kimi oğurladılar<span class="qirmizi"></span>

Rusiyalı məşhur müğənni Olqa Orlova Bakıda qarət olunub.

Kult.az xəbər verir ki, bu barədə müğənni İnstaqram səhifəsində yazıb.

İtaliyaya Bakıdan uçmalı olduğunu deyən müğənni restoranda qarət olunduğunu bildirib:

“Biz nahar etdik, hesabı gətirdilər. Çantamı açıb gördüm ki, içində pul yoxdur. Qəpiyinə kimi bütün pulumuz oğrulanıb. Bu, böyük məbləğ idi".

Lakin çətinliklərə baxmayaraq, Orlova Bakını bəyəndiyini etiraf edib:

“Ancaq Bakı şəhəri gözəldir! “Blestyaşie” qrupunun qastrolundan bəri burada olmamışam. Və bu, 21 ildən çoxdur. İnsanlar heyrətamizdir".

Mənbə: axar.az