12 il əvvəl Azərbaycanı "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində təmsil edən müğənni Safura Əlizadə ailəsi ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, sənətçi həyat yoldaşı Fərhad Əliyev və uşaqları Ayşə, İsgəndər ilə İstanbulda restoranların birində çəkdirdiyi fotosunu izləyiciləri ilə bölüşüb.
Safura yayımladığı fotoya "Ötən gündən ailə axşamı" şərhini yazıb. Fotoda diqqət çəkən məqam isə müğənnin həyat yoldaşının restoranın menyusunu incələməsi olub. Belə ki, o, diqqətini fotoya yox yeməyə cəmləyib.
Qeyd edək ki, Safura-Fərhad cütlüyünün Ayşə adlı bir qızı, İskəndər və Natiq adlı iki oğlu var. Fərhad Əliyev keçmiş energetika naziri mərhum Natiq Əliyevin oğludur.
Rəşad Əliyev, Bizim.Media
Mənbə: bizim.media