Əməkdar artist Xəyyam Nisanov sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.
Bizim.Media axşam.az-a istinadən xəbər verir ki, ötən gün toyda səhnə alan ifaçı Xalq artisti Zülfiyyə Xanbabayeva ilə birgə duet oxuyub.
Z.Xanbabayeva qardaşı Rəcəb Sadıqovun vəfatından sonra ilk dəfə səhnəyə çıxıb.
Xatırladaq ki, sənətçinin qardaşı ötən ay 75 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, sözügedən məclis iş adamı Loğman Zülfüqarlının oğlu Raminlə Nigar adlı xanımın toyu olub. Toyda Xalq artistləri Aygün Kazımova, Alim Qasımov, türkiyəli müğənni Mustafa Sandal səhnəyə çıxıb.
Bizim.Media
Mənbə: bizim.media