Tuğ kəndinin müəllimləri muzeydə konsert verdi - Foto

Tuğ kəndinin müəllimləri muzeydə konsert verdi - Foto

Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində Xocavənd rayon Tuğ kənd Uşaq Musiqi Məktəbinin müəllimləri Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş “Həmrəy olaq” adlı konsert verib.

Kult.az xəbər verir ki, konsertin əvvəlində Xocavənd rayon Tuğ kəndi haqqında qonaqlara geniş məlumat verilib. Daha sonra konsertdə Azərbaycan bəstəkarlarının - Tofiq Quliyev, Elza Ibrahimova, Arif Məlikov, Emin Sabitoğlu, Səid Rüstəmov, Hökümə Nəcəfova, və Faiq Sücəddinovun əsərləri səsləndirilib.

Konsertdə tanınmış musiqiçilər iştirak edib.

Mənbə: axar.az