Bakıda "Mələk" gün üzünə çıxacaq - Foto

Bakıda "Mələk" gün üzünə çıxacaq - Foto

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin, Mədəniyyət Nazirliyinin və YAP Gənclər Birliyinin dəstəyi ilə quruluşçu rejissoru Elmar Məmmədov, ssenari müəllifi Aysel Ateş Abdullazadənin olduğu "Mələk" tammetrajlı bədii filmi 9 dekabr saat 16:30-da "Nizami" kino mərkəzində nümayiş olunacaq.

Kult.az xəbər verir ki, filmdə xalq artisti Kazım Abdullayev, Xatirə Süleymanova, baş rollarda isə Kənan Aydın və Leyla Səlim rol alıb.

Film "O evdən kəfənsiz çıx!" şüarı ilə erkən nikahlara, qadına şiddətə və ailədaxili zorakılığa qarşı dayanışmanı əks etdirir.

Nümayişdə tanınmış incəsənət xadimləri, hökümət və media nümayənləri, YAP Gənclər Təşkilatı üzvləri iştirak edəcək.

Mənbə: axar.az