Dekabrın 11-də Azərbaycan Bəstəkarlar İttifaqında ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan Bəstəkarlar İttifaqı” mövzusunda konfrans keçiriləcək.
Bu barədə Open.az-a Bəstəkarlar İttifaqının mətbuat xidmətindən məlumat verilib.
Konfransda Ulu Öndərin ömür yolu, fəaliyyəti, mədəniyyət xadimlərinə göstərdiyi diqqət və qayğıdan danışılacaq və məruzələr dinləniləcək.
Mənbə: open.az