Ancelina Coli onun şəklini çiyninə döydürən fanatıyla GÖRÜŞDÜ - FOTOLAR

Ancelina Coli onun şəklini çiyninə döydürən fanatıyla GÖRÜŞDÜ - FOTOLAR

Hazırda Londonda olan dünya şöhrətli Hollivud ulduzu Ancelina Coli şənbə günü "Hörmətli Evan Hansen" musiqili tamaşasına izləyici qismində gedib.

BiG.AZ-ın ru.hellomagazine.com-a istinadən verdiyi xəbərə görə, tamaşadan sonra Ancelina səhnə arxasına keçərək aktyorlarla şəxsən görüşüb.

Məlum olub ki, onlardan biri - Aleks Tomas-Smit - Colinin böyük fanatıdır. O, bir müddət öncə hətta onun şəklini öz çiyninə döydürüb.

Aktrisa belə sürprizdən çox təsirlənib və minnətdarlıq əlaməti olaraq, şəklin altından öz imzasını qoyub.

"Bu gün gözəl Ancelina Coli həyatımda peyda olub. O, "Hörmətli Evan Hansen" tamaşasına gəlib. Ona gözəl Kortni Lloyd tərəfindən hazırlanmış döyməmi göstərdim, o da onu çox bəyəndi. İmzaladı, yanağımdan öpdü və dedi ki, Evan rolunu ifa etməyimi görmək üçün geri qayıdacaq. Bunu heç vaxt unutmayacam", - deyə Smit təəssüratlarını bölüşüb.

Aleks Ancelinanın avtoqrafını döymə ilə əbədiləşdirməyi planlaşdırır.

Natəvan Baxşiyeva

Mənbə: big.az