Reanimasiyadan çıxıb özünə yeni sevgili tapdı?

Reanimasiyadan çıxıb özünə yeni sevgili tapdı?

Türkiyənin tanınmış aktyoru Mehmet Əli Erbilin aktrisa Ceren Hindistanla eşq yaşadığı iddia edilir.

Lent.az -ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, cütlük artıq neçə müddətdir birlikdə görünür.

Dostluqlarının sevgiyə çevrilməsi ilə bağlı yayılan iddialara Ceren Hindistan isə etiraz edib:

“Aramızda eşq yoxdur. Mehmet məndən yarpaq dolması istəmişdi, mən də apardım. İllərdir o mənim qardaşım kimidir. Belə bir şeyin olması mümkün deyil”.

Qeyd edək ki, Mehmet Əli Erbil xəstəlik səbəbindən 258 gün reanimasiyada qalıb və keçən həftə yenidən ürək spazması keçirərək xəstəxanaya aparılıb.

Mənbə: lent.az