Afaq Bəşirqızı: "Qonorarıma dəymək olmaz"

Afaq Bəşirqızı: "Qonorarıma dəymək olmaz"

"Seriallara dəvət almıram. "Bəyənməmək" etikadan uzaq ifadədir. Öz fikrim ola bilər. Meydan deyil, deyim, mənim arxamca gəlin".

Open.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı "Səhər-səhər" verilişində deyib. Seriallara çəkilmədiyini deyən aktrisa qonorarına heç vaxt endirim etmədiyini söyləyib:

"Dəvət almırsm, bilirlər ki, çəkilmirəm. Qonorarıma dəymək olmaz. Canım, gözümsən. Əgər bu işə əl atmısansa, demək, imkanın var. Olmasa, etməmə. Əgər bu, sənin gələcəyin, debütün olacaqsa, gələrəm.

AzTV-də getdik çəkildik. Çünki orada Şərif (Şərif Qurbanəliyevin "Zəng" filmi - red.) var idi. Onun kimi istedadlar hər an yetişmir. Qədri bilinmir. Orada elə bir qonorar aldıq ki... Heç kim danışmadı. Niyə? Çünki belə lazımdır".

Mənbə: open.az