Tanınmış müğənnidə genetik mutasiya - 6 barmağı var

Tanınmış müğənnidə genetik mutasiya - 6 barmağı var

Rusiyanın tanınmış müğənnisi Svetlana Loboda yeni fotosessiyası zamanı ayaq barmaqlarının aydın düşdüyü foto paylaşıb. Pərəstişkarların gözündən onun 6 barmağı olması yayınmayıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bir çox insanlarda olan bu genetik anomaliya (çoxbarmaqlılıq) hər 5000 yenidoğulmuşda bir rast gəlinir.

Müğənni hələ ki, açıqlama verməyib.

Çox güman ki, o bunu fotoşopun üzərinə yıxacaq.

Qeyd edək ki, Merilin Monronun da ayaq barmaqlarının 6 olması barədə faktlar var.

Milli.Az

Mənbə: news.milli.az