Tofiq Hacıyev yeni klipini təqdim etdi

Tofiq Hacıyev yeni klipini təqdim etdi

Gənc və istedadlı müğənni Tofiq Hacıyevin "Səndə-Məndə" adlı mahnısına çəkdirdiyi klipi işıq üzü görüb. Klip təqdimatında yaradıcı heyətlə yanaşı xalq artisti Tünzalə Ağayevada iştirak edib.

Qeyd edək ki, mahnının musiqisi Flaminque Record's-a, sözləri isə Şəhriyar Ramazana aiddir. Klipin rejissoru Emin Muradov, operator və montaj işi Murad Muradlıya məxsusdur.

101.az "Səndə-Məndə" klipini oxucularına təqdim edir:

Mənbə: 101.az