“Kaş olmazdı”. Bunu Əməkdar artist Vasif Məhərrəmli “Tarixin bir günü” verilişində deyib.
O, ictimai-sosial TV verilişlərin insanlara və cəmiyyətə təsirindən söz açıb:
“Kaş olmazdı, çünki millətin bəzi təbəqəsinin iç üzü bütün çılpaqlığı ilə üzə çıxdı. Sosial şəbəkələrin əleyhinə deyiləm. Əsas televiziyadır. Nə qədər “TikTok” və buna bənzər digər sosial şəbəkələr olsa da, onlar televiziya qədər sənə və evinə təsir edə bilməz.
Nə yazıq ki, özünü məsum göstərənlər, maska arxasında olanlar insanların iç dünyasını təsir edə bilirlər. Misal üçün, bir neçə “məsum” müğənninin, burada adını çəkmək istəmirəm, qaranlıq həyatı var, amma üzündə məsumluq var”.
Mənbə: yenisabah.az