“Artik & Asti” qrupunun müğənnisi Sevil Vəliyeva avtomobildə mahnılarının səsləndirilməsini qadağan edib.
Bu barədə "Life Shot"a istinadən xəbər verir .
“Görünür, hətta sənətçinin özü də bu mahnılardan yorulub, çünki onun sürücülərinə avtomobildə "Artik & Asti"nin treklərini səsləndirmək qadağan edilib”, - nəşr yazır.
Söhbət müğənnini otelə aparıb-gətirən sürücülərdən gedir. Onlara siqaret çəkmək də qadağandır.
Bundan əvvəl Sevil Vəliyevanın Federal Vergi Xidmətinə (FTS) bir milyon rubldan çox borcu olduğu bildirilirdi .
Hüseyn İbadlı
Mənbə: publika.az