“Youtube”un məşhur bloqeri transgender olduğunu etiraf etdi - VİDEO

“Youtube”un məşhur bloqeri transgender olduğunu etiraf etdi - VİDEO

25 yaşlı "beauty” (gözəllik) bloqeri Nikki de Yager özü haqqında qalmaqallı açıqlama verib.

Sfera.az xəbər verir ki, "Youtube”da gözəllik videoları ilə haqqında söz etdirməyi bacaran Nikki transgender olduğunu etiraf edib.

Nikki oğlan olduğuna baxmayaraq yeddi-səkiz yaşlarında qadın geyimlərinə marağının artdığını bildirib. O özünü narahat hiss etdiyini, yeniyetmə yaşında cinsini dəyişmək qərarına gəldiyini söyləyib. Cərrahi əməliyyat yolu ilə cinsini dəyişərək, qız olub.

Nikki şantaj səbəbindən sirrini açmaq məcburiyyətində qaldığını dilə gətirib. Naməlum şəxslər sosial şəbəkələrdə ona cinsini dəyişməsi ilə bağlı təhdid dolu mesajlar yazaraq şantaj ediblər.

Bu tip ismarıclardan təngə gələn Nikki de Yager birdəfəlik söz-söhbətlərə son qoymaq üçün şəxsi həyatı ilə bağlı etiraflar edib.

Qeyd edək ki, "beauty” (gözəllik) bloqeri Nikki de Yagerin "Youtube” hesabında 12,5 milyon izləyicisi var.

Mənbə: sfera.az