Fədayə Laçının anasını sevdiyi insandan ayırıblar

Fədayə Laçının anasını sevdiyi insandan ayırıblar

Məşhur müğənni Fədayə Laçın bacısı İlahə Fəda və anası ilə "Zaurla Günaydın" verilişində qonaq olublar.

BiG.AZ xəbər verir ki, verilişdə İlahə Fəda anasından danışıb:

"Mənim anam çox danışan insan deyil. Belə olmasaydı onun sevdiyi insanı əlindən ala bilməzdilər. Anam atamı çox sevib. Amma mübarizə apara bilməyib. Ayrılanda mənim dörd yaşım var idi, Fədayə anamın bətnində idi. Ayrılandan yeddi - səkkiz il sonra anamı başqasına ərə veriblər. Sonradan iki bacım dünyaya gəlib. Yəni iki bacım bizlə ögeydi amma münasibətlərimizdə o hiss olunmur".

Samirə Qasımova

Mənbə: big.az