Zirəddin: Nərmin qətlində polislərlə təmasda idim... – SENSASİYA

Zirəddin: Nərmin qətlində polislərlə təmasda idim... – SENSASİYA

Tanınmış ekstrasens Zirəddin Rzayev “İri Plan” Yutub kanalına maraqlı müsahibə verib.

Kult.az sözügedən müsahibəni xırda ixtisarla təqdim edir:

- 2020-ci il o qədər də xoş gəlmədi. Necə davam edəcək?

- Əsl yeni il 21 martda başlayır, bizim Novruz bayramımızda. İl hələ təzələnməyib, ona görə baş verən qanlı hadisələri 2020-ci ilə aid edə bilmərik.

2020-ci il 2019-cu ildən elə də fərqlənməyəcək.

- Zirəddin falçılardan nə ilə fərqlənir?

- Fal – hər hansı əşyanın yardımı, köməyi ilə gələcəkdən xəbər verməkdir. Novruz bayramında belə qızların fala baxması... - onlar falçı deyil ki! İslamda fal haramdır. Öncəgörmə, bəsirət gözünün açıq olması isə fal deyil. Əgər ana yuxuda yatıb görürsə ki, Amerikada oxuyan övladı xəstələnib və səhər övladına zəng edəndə oğlu bunu təsdiqləyirsə, bu, faldırmı? Ona görə əgər Zirəddin yuxuda görürsə və bu baş verirsə, yaxud məndə öncəgörməlik varsa, kim istəyir buna fal desin, cadugərlik desin. baxıcılıq desin... Hərə öz səviyyəsində qiymətləndirir.

- Zirəddin 100% bilirmi?

- Yox, Zirəddin yüz faiz bilə bilməz.

- Müsahibələrinizin birində belə bir söz işlətmişdiniz ki, mən ilk dəfə öz xalamın ölümünü görmüşdüm...

- Bəli.

- Pis xəbəri görmək sonradan qınaq obyekti olmağınıza səbəb olmadı ki?

- Uşaq vaxtı çox qəribə yuxular görürdüm. Bir gün yuxudan oyandım, bina evində idik, anama dedim ki, Ay quş oldu, yerə düşdü, qıza çevrildi, sonra quşa çevrildi, uçub getdi, bizim bu yerdə isə qara böcəklər yarandı. 10-11 yaşım vardı onda. Sonra anama dedim ki, ürəyim dəmir üzərində qızardılmış ət istəyir. Anam otağın qapısını örtdü, ora tüstü getməsin deyə, başladı dəmirin üstündə mənə ət qızartmağa. Bu zaman mətbəxdə qaz şlanqı çıxır və mətbəx alışır. Biz qapını açanda tüstü olduğu üçün heç nə görmürdük. Sonra birtəhər özümüz odu söndürdük. Haranı mən göstərmişdimsə, orda qara-qara kösövlər vardı. Bunu da anam dedi. Sonra da məni danladı ki, bir də yuxunu danışma, bayquş kimi yuxuda nə görürsən danışırsan, hamısı da başımıza gəlir...

Olub yəni, uşaq vaxtı yuxularımın çin çıxmağı anamın məni qınaq obyektinə çevirməsinə səəb olurdu.

Zamanı gəldikcə anam dərk elədi məni.

- Niyə bəd hadisələri, bədbəxtlikləri Zirəddin daha tez görür?

- Bilirsiniz, həkim yalnız insanlardakı xəstəlikləri görə bilər. Həkimin vəzifəsi budur. Bizim vəzifəmiz də budur ki, insanların qarşılaşdığı bədbəxtlikləri görüb, onları xəbərdar edək.

Cadu insanı öldürə bilər

- Cadu insanı öldürə bilərmi?

- Bəli, cadunun gücü ilə, magiya ilə insanın ömrünə son qoymaq olar və bu, cinayətdir. Ola bilsin ki, nə zamansa Cinayət Məcəlləsinə cadu ilə insanı öldürmək də düşəcəkdir. Elm inkişaf etsə, bu olacaq. çünki cadu ilə insanı öldürmək mümkündür.

- Zirəddin bəddua edibmi?

- O qədər! Bəd dua etmişəm. Bilirsiniz, hər saat onu etmirəm. Amma ruhumu sızladan, incidən məqam olanda edirəm. Mənim bürcüm əqrəbdir – toxunmayın, toxunmayım. Amma məni sancan insana zəhərimin son damlasına qədər buraxacam. Bu xasiyyət məndə var.

- Ekstrasens olmaq Zirəddinə nə verdi, nə aldı?

- Həyatımın hüzzurunu pozdu, sağlamlığımı əlimdən aldı, yuxularımı pozdu – normal yata bilmirəm mən. Digər tərəfdən də hörmət sahibi etdi, insanların sevgisini qazandırdı, mənə təbiəti – cansız və canlı aləmi duymağı öyrətdi. Bundan bəzən ləzzət alıram. Bəzən də həmin həzzlə bağlı işgəncə də alıram. Çünki təbiətə qarşı çox həssasam.

Nərminin qatilinin impotent olduğunu görürəm...

- Gündəmdə olan məsələlərdən biri 10 yaşlı Nərminin qətli və yandırılmasıdır. Bu, ictimaiyyətdə böyük rezonans doğurub. Qatil artıq bəllidir, ancaq bəziləri onun bu hadisəni törətdiyinə inanmır. Zirəddin necə düşünür?

- Nərmin hadisəsi ilə bağlı polislərlə sıx təmasda idim. Polislər məndən informasiya istəyirdilər, amma mənə heç bir informasiya vermirdilər. Görücü Allah deyil, onun gücündən istifadə etmək üçün ona kömək etmək lazımdır. Mənə şəkil verələr, ad deyələr, qohumdu, ya qonşudu şübhələndikləri... Məsələn, 10 nəfərdən şübhələnirsiniz, onları deməlisiniz ki, mən nəsə deyə bilim. Amma mən divarla öz-özümə danışa bilmərəm.

Hazırda şübhəli qismində saxlanan və cinayəti etiraf edən adama baxanda onda kişiliklə bağlı problem görürəm. Onun sağlamlığı yerində deyil – ya yarım vəziyyətdədir, ya da ümumiyyətlə onda kişilik potensialı yoxdur. Hələlik güc strukturları orda zorakılıq olub-olmaması barədə rəsmi açıqlama verməyiblər, ancaq mən nədənsə orda zorakılıq görürəm. Amma cinayətkara baxanda, onun impotent olma ehtimalının böyük olduğunu hiss edirəm və bu məni çaşdırır...

Mənbə: axar.az