“Yeni Üfüq” 20 Yanvar şəhidlərini andı

“Yeni Üfüq” 20 Yanvar şəhidlərini andı

"Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi 20 Yanvar- Ümumxalq Hüzn Günü ilə bağlı tədbir keçirib.

Publika.az-ın məlumatına görə, tədbirdə çıxış edən birliyin sədri Sevinc Əzimbəyli bildirib ki, şəhid bacı və qardaşlarımızın tökülən qanlarının nəticəsi olaraq Azərbaycan əbədi olaraq müstəqilliyinə qovuşub.

Onun sözlərinə görə, həm 20 Yanvarda, həm Qarabağ uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalanların həyatı hər bir azərbaycanlı üçün örnəkdir:

"30 il əvvəl baş verən bu faciə hüzn günü olmaqla bərabər, həm də Azərbaycan tarixinin şərəfli səhifələrdən biridir. Buna görə də Azərbaycanın müstəqilliyi var olduqca adını öz qanı ilə tarixin səhifələrinə yazan şəhidlərimiz hər zaman yaşayacaq və dualarla anılacaqdır”.

Tədbirdə 20 Yanvar və Qarabağ şəhidlərinin ruhuna Qurani-Kərimdən dualar oxunub və ehsan süfrəsi açılıb. Təşkilatın sədri S.Əzimbəyli "Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin həyata keçirdiyi silsilə tədbirlərin keçirilməsində verdiyi dəstəyə görə "Cənnət” MMC-ə təşəkkür edib.

Mənbə: publika.az