Azərbaycanlı müğənni arvadı ilə Malayziyaya getdi - FOTO

Azərbaycanlı müğənni arvadı ilə Malayziyaya getdi - FOTO

Müğənni Azad Şabanov həyat yoldaşı Toma ilə birgə istirahətə yollanıb.

Oxu.Az xəbər verir ki, dincəlmək üçün isti ölkəni - Malayziyanı seçən sənətçi tətildən çəkdirdiyi fotoları “Instagram” hesabında paylaşıb.

A.Şabanov həyat yoldaşı ilə birgə çəkdirdiyi şəkilə “Göy üzü gözlərindədir”, “Mənim ailəm” həştəqlərini yazıb.

Qeyd edək ki, müğənni Azad Şabanov ötən ilin noyabrın 11-də ailə həyatı qurub. Azad Şabanov proqramların birində həyat yoldaşı ilə musiqi müəlliminin vasitəsilə tanış olduğunu açıqlayıb.

Mənbə: www.oxu.az