Amerikalı aktyor, "Monti Payton" qrupunun üzvü Terri Cons vəfat edib.
Open.az xəbər verir ki, 78 yaşlı aktyorun ölüm səbəbi hələ dəqiqləşməyib.
Qeyd edək ki, "Monti Payton" qrupu 1969-1974-cü illərdə "Bi-bi-si"-də çıxışlar edib. Həmçinin qrupun ifasında çəkilən dörd tammetrajlı film, müzikl və kitablar da işıq üzü görüb.
Məşhur qrup 1983-cü ildə dağılıb və onun üzvləri solo çıxışlar etməyə başlayıblar.
Mənbə: open.az