“Titanik” gəmisinin qalıqları qorunacaq

“Titanik” gəmisinin qalıqları qorunacaq

1912-ci ildə Atlantik okeanında aysberqə çırpılaraq batan “Titanik” gəmisinin qalıqları mühafizə oluancaq.

Axşam.az xəbər verir ki, bu barədə ABŞ və İngiltərə hökuməti müqavilə imzalayıb. Qərara əsasən suda olan qalıqlar üzrə axtarış aparmaq üçün onlardan icazə alınmalıdır.

Qeyd edək ki, Amerika şirkəti olan “RMS Titanic Inc” 30 ildir ki, okeanın dibində olan gemidə xəzinə axtarır.

 

Mənbə: axsam.az