Selena onu öz kumiri hesab edir

Selena onu öz kumiri hesab edir

Amerikalı müğənni Selena Qomez uzun musiqi fasiləsindən sonra yenidən səhnə fəaliyyətinə geri dönüb.

Axşam.az xəbər verir ki, ifaçı bu yaxınlarda verdiyi müsahibələrinin birində kumirinin kim olduğunu etiraf edib. Bu britaniyalı müğənni Adeldir.

Onun "Send my love" adlı mahnısını çox sevdiyini bildirən Selena, Adelin sənət fəaliyyətini yaxından izlədiyini və musiqidə onun kimi bir səviyyəyə çatmaq arzusunda olduğunu dilə gətirib.

Amerikalı müğənni səs imkanlarına tam güvənmədiyi üçün kumirinin mahnılarını ifa etmək niyyətində olmadığını söyləyib.

Qeyd edək ki, Adelin kumiri isə Beyonsdur.

 

Mənbə: axsam.az