Britaniya kral ailəsi haqda  satirik cizgi filmi çəkildi..

Britaniya kral ailəsi haqda  satirik cizgi filmi çəkildi..

İngilis kral ailəsinin üzvləri Qriffinlər serialının ssenaristi Qeri Canetti tərəfindən hazırlanan yeni satirik cizgi serialının qəhrəmanlarına çevriləcəklər.

Moderator.az-ın Ukrayna mediasına istinadla verdiyi xəbərdə belə deyilir.

“HBO MAX” kanalında yayımlanacaq cizgi serialı “Şahzadə” adlandırılacaq. Onun qəhrəmanları kraliça Yelizaveta, şahzadə Filip, şahzadə Uilyam və Ket Midlton, şahzadə Harri, Meqan Merkl və başqaları olacaq. Hadisələr kral ailəsindəki hadisələri şərh edən altı yaşlı şahzadə Corcun adından nəql ediləcək.

 

Mənbə: moderator.az