90 yaşlı ağsaqqal YAP-ın namizədi ilə görüşə velosipedlə gəldi - FOTOLAR

90 yaşlı ağsaqqal YAP-ın namizədi ilə görüşə velosipedlə gəldi - FOTOLAR

Deputatlığa namizədlər arasında ən yaxşı təşviqat kampaniyası aparanlardan biri – Yeni Azərbaycan Partiyasının (YAP) 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən rəsmi namizədi Sadiq Qurbanov seçicilərlə görüşlərini davam etdirir.

S.Qurbanov yanvarın 22-də Siyəzən rayonunun Zarat, Beşdam və Eynibulaq kəndlərinin sakinləri ilə görüşüb.

“Bu gün Prezidentimiz İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın ölkəmiz üçün gördüyü işlərə Siyəzən rayonunun sakinləri tərəfindən nə qədər yüksək qiymət verilməsinin bir daha şahidi oldum. Rayonun Zarat, Beşdam və Eynibulaq kəndlərində sakinlərlə görüşdüm. Bu kəndlərin ağsaqqalları ölkəmizdə görülən işlərdən söhbət açdılar. Sonra isə ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının namizədinə yekdilliklə səs verəcəklərini, bununla da aparılan islahatlara dəstək olacaqlarını bildirdilər”, - namizəd “Feysbuk” profilində yazır.

S.Qurbanov onunla görüşə velosipedlə gələn 90 yaşlı ağsaqqal Ağamalı kişinin evində qonaq olmasından ayrıca söhbət açıb.

"AzPolitika"

Mənbə: azpolitika.info