Sadiq Qurbanov Sosialist Əməyi Qəhrəmanının evinə gedib - "Heydər Əliyevlə tanışlığından maraqla danışdı" (FOTOLAR)

Sadiq Qurbanov Sosialist Əməyi Qəhrəmanının evinə gedib - "Heydər Əliyevlə tanışlığından maraqla danışdı" (FOTOLAR)

Yeni Azərbaycan Partiyasının (YAP) 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən rəsmi namizədi Sadiq Qurbanov Şabran və Siyəzən rayonlarında seçicilərlə silsilə görüşlərini davam etdirir.

S.Qurbanov yanvarın 23-də Şabran rayonunun Qorğan, İzmara, Düz-Bilici, Çinarlar, Zağlı və Xəlifəlilər kəndlərinin sakinlərilə görüşüb. “Tanrının bəxş etdiyi bu gözəl təbiətdə yaşayanların nə qədər mərd, qorxmaz, sədaqətli olduqlarının şahidi olduq. Son 5-6 ildə dağlarda yerləşən bu kəndlərin yollarına asfalt çəkilməsi, fasiləsiz elektrik, qazla təmin olunmasına görə sakinlər ölkə başçısına və xanımı Mehriban Əliyevaya sonsuz minnətdarlıqlarını bildirdilər”, - namizəd görüşdən sonra “Feysbuk” səhifəsində yazıb.

Namizədin seçki qərargahından verilən məlumata görə, elə həmin gün S.Qurbanov Şabran rayonunun Ağalıq kəndində YAP-ın rayon təşkilatının yaradıcılarından olan 85 yaşlı Sosialist Əməyi Qəhrəmanı, Prezident Təqaüdçüsü Qərib Orucovu evində ziyarət edib. Ağsaqqal ümummilli liderimiz Heydər Əliyevlə gənc yaşlarında olan tanışlığından, Prezident İlham Əliyevlə rayon tədbirlərində 2 dəfə görüşündən maraqla söhbət edib. Ömrünün qalan hissəsini də dövlətimizə və Yeni Azərbaycan Partiyasına xidmət edəcəyini söyləyərək, xalqımızı Prezidentə dəstək olmağa və parlament seçkilərində YAP-ın namizədlərinə səs verməyə çağırıb.

 

 

 

 

 

 

 

 

 

Mənbə: azpolitika.info